Dövlət Statistika Komitəsində görüş keçirilib

13.08.2015 16:42     Siyasi reaksiya     2364

Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) parlament seçkiləri ilə bağlı Azərbaycanda səfərdə olan Ehtiyacların Qiymətləndirilməsi Missiyası bu gün Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifovla görüşüblər.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, Y. Yusifov görüş zamanı Komitənin beynəlxalq təşkilatlarla əlaqələrinə hər zaman önəm verildiyini vurğulayıb. 

Görüşün əsas məqsədi ölkədəki seçkiqabağı vəziyyət, seçkilərə hazırlığın qiymətləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi olub.

Görüşdə missiya üzvlərinin Azərbaycanda əhalinin, ölkənin yaşı 18-dən yuxarı olan əhalisinin və xaricdə yaşayan azərbaycanlıların sayı haqqında sualları cavablandırılıb, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Missiya üzvləri görüşdən razı qaldığını bildiriblər.

 

Şərhlər

Çox oxunanlar