"YAP gənclərin bacarıqlarını qiymətləndirir" - Ramiz Alıyev

13.08.2015 17:08     Siyasi reaksiya     2356

Dünən Yeni Azərbaycan Partiyası sədrinin müavini- İcra katibi, Baş Nazirin müavini Əli Əhmədov parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar partiyanın Gənclər Birliyinin nümayəndələri ilə görüşüb. Gənclərin iştirakının vacibliyini vurğulayan Əli Əhmədov seçkilərdə gənclərin potensialından səmərəli şəkildə istifadə edəcəklərini, YAP Gənclər Birliyinin fəallarının seçki kampaniyasının müxtəlif mərhələlərində prosesə cəlb ediləcəklərini bildirib.  

Məsələ ilə bağlı Strateji Araşdırmalar İnstitutunun rəhbəri,politoloq Ramiz Alıyev Reaksiya.az-a açıqlamasında gənclərlə uğurlu iş qurmağı bacaran, onlarda inam yarada bilən partiyaların hər zaman uğurlu olduğunu və gücünü qoruyub saxlaya bildiyini deyib: “Gənclərin siyasi partiyaya axın etməsinin əsas səbəblərdən biri, bəlkə də birincisi, partiya sədrinin nüfuzu və ölkə üçün apardığı uğurlu işlər, partiyanın ideologiyasıdır.

YAP hər zaman gənclərlə uğurlu işlər görüb. Bütün seçkilərdə YAP-a üzv olan gənclərin imkanlarından maksimum yararlanıb, gənclərə önəm verib. Bu cür addımlar bir tərəfdən partiyanın daha da kök salmasına, möhkəmlənməsinə kömək edir. Digər tərəfdən isə üzv olan gənclərin yetişməsinə, bacarıqlarının qiymətləndirilməsinə hesablanmış bir addımdır. Hesab edirəm ki, bütün siyasi partiyalar öz güclərini artırmaq və möhkəmlətmək üçün gənclərin gücündən yararlanmalı və gənclərə xüsusi diqqətlə yanaşmalıdır”.

 

 

Şərhlər

Çox oxunanlar