Bu gecədən Azərbaycanda hərbi vəziyyət elan olundu
27.09.2020 18:46 Siyasi reaksiya 763
2020-ci il 28 sentyabr saat 00:00-dan etibarən hərbi vəziyyət elan olunur.
Reaksiya.az-ın verdiyi xəbərə görə, bu barədə Prezident köməkçisi Hikmət Hacıyev məlumat verib.
H.Hacıyev bildirib ki, Prezidentin fərmanı ilə hərbi vəziyyət elan olunub: "Prezidentin Milli Məclis qarşısında qaldırdığı vəsatət əsasında qəbul edilən fərman Prezident tərəfindən təsdiqlənib".
Müvafiq icazələrin alınması Asan xidmət və Daxili İşlər Nazirliyi vasitəsilə elektron icazə formatında həyata keçiriləcək.
Şərhlər