Dövlət Statistika Komitəsinə yeni sədr təyin edildi - SƏRƏNCAM

13.08.2015 18:35     Siyasi reaksiya     2532

Azərbaycan Prezidenti İlham Əliyev Tahir Yaqub oğlu Budaqovun Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Reaksiya.az-ın Trend-ə istinadən məlumatına görə, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Tahir Yaqub oğlu Budaqov Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri təyin edilsin".

T.Budaqov 1965-ci il yanvarın 1-də Naxçıvan şəhərində anadan olub. 1981-ci ildə Naxçıvan şəhər 3 saylı orta məktəbi qızıl medalla, 1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.

1987-1989-cu illərdə kliniki ordinaturada, 1989-1992-ci illərdə aspiranturada təhsilini davam etdirib. Tibb elmləri namizədidir (1992). 1997-1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkimi işləyib.

1999-2006-cı illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, 2006-2009-cu illərdə isə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında şöbə müdirinin müavini vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2009-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

3-cü dərəcə dövlət müşaviridir. 1993-cü ildən YAP-ın, 1999-cu ildən YAP Siyasi Şurasının üzvüdür. "SOS Uşaq Kəndləri - Azərbaycan" Assosiasiyasının idarə heyətinin sədridir.

Evlidir, 3 övladı var.

Şərhlər

Çox oxunanlar