Beynəlxalq təşkilat Avrasiya Mətbuat Fonduna müraciət edib

14.08.2015 03:26     Siyasi reaksiya     1919

Reaksiya.az-ın məlumatına görə “ Sülh üçün nəsillər” beynəlxalq gənclər təşkilatı Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyevə müraciət ünvanlayıb. Müraciətin mətnini təqdim edirik:

“   Hörmətli Umud Mirzəyev,

İordaniyanın Amman şəhərindən salamlar. Mən Dineşa Suppiah, Sülh üçün Nəsillər təşkilatının İordaniyanın Amman şəhərindəki baş ofisində proqram rəhbəriyəm. UNİCEF-in müşaviri cənab Nick Nvolisa bizə Sizin haqqınızda məlumat verib.

 Sülh üçün Nəsillər Şahzadə Feisal Əl Hüseyn tərəfindən 2007-ci ildə əsası qoyulmuş, İordaniyada yerləşən aparıcı qlobal qeyri-kommersiya və sülh quruculuğu təşkilatıdır.

 Sülh üçün Nəsillər təşkilatı öz fəaliyyətini gənclərin liderlik perspektivləri, icmanın gücləndirilməsi, fəal tolerantlıq və məsul vətəndaşlıq kimi aspektlərin təşviqini apararaq münaqişələrin dayanıqlı surətdə kökündən həllinə yönəltmişdir. Biz könüllü hərəkat olaraq gəncləri daha yaxşı gələcək naminə öz icmalarında dəyişiklik etməyə sövq etmək məqsədilə könüllülərin potensialının artırılması, onların maarifləndirilməsi və dəstəklənməsi istiqamətində çalışırıq. Son səkkiz il ərzində təşkilatımız Yaxın Şərq, Afrika, Asiya və Avropanın 50-dən çox ölkəsində 8770-dən artıq könüllünü təlimatlandırmaq üçün fəaliyyətlər icra edib.

 Sülh üçün Nəsillər təşkilatının dəstəyi ilə onların cari proqramları münaqişə və zorakılığın yerli məsələləri ilə bağlıdır və 227 mindən çox uşaq və gəncin həyatında müsbət dəyişiklik yaradıb.

 Bizim könüllülərin proqramları uğurla planlaşdırması və həyata keçirməsi üçün onların öz icmalarındakı Yerli Tərəfdaş Təşkilatların dəstəyinə ehtiyac var. Biz ümid edirik ki, Beynəlxalq Avrasiya Mətbuat fondu da onlardan biri olacaq. Bununla yanaşı, biz istərdik ki, bir-birimizin təşkilatlarını daha yaxşı anlamaq və bizə Bakıda birgə çalışmaq üçün ən yaxşı imkanların nə olduğunu müzakirə etmək məqsədilə sizinlə görüşək.

Biz 18 avqust tarixində öz könüllülərimizlə görüşmək və potensial tərəfdaşlarımızla görüşlər keçirmək üçün Azərbaycana səfər etməyi planlaşdırırıq. Sizinlə və komandanızla görüşməkdən çox məmnun olarıq.

Tezliklə Sizdən eşitmək ümidi ilə. Zəhmət olmasa Sizə görüşmək üçün uyğun olan vaxtı bizə bildirin.

Çox sağ olun.

Hörmətlə Dinesha Suppiah”.

 

Şərhlər

Çox oxunanlar