Gürcüstanın baş nazirindən Azərbaycan və Ermənistan rəhbərlərinə - TƏKLİF
30.09.2020 16:19 Siyasi reaksiya 515
Gürcüstanın Baş naziri Giorgi Qaxariya hərbi münaqişəyə son qoymaq məqsədilə Azərbaycan və Ermənistana Tiflisdə danışıqlar aparmağı təklif edib.
Reaksiya.az xəbər verir ki, bu barədə Baş nazirin bəyanatında deyilir.
“Bölgədə ən qısa müddətdə sülh yaratmaq ümumi maraqlarımız üçündür. Gürcüstan dialoq aparmaq üçün Tiflisdə münaqişə tərəflərinin nümayəndələrinin görüşünü keçirmək də daxil olmaqla, bu prosesə istənilən formatda töhfə verməyə hazırdır”, - deyə G.Qaxariyanın bəyanatında deyilir.
Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasındakı hərbi qarşıdurma nəticəsində çətin vəziyyət yaranıb, çox sayda qurban var, hərbi əməliyyatların dayandırılması və dialoqun bərpası hələ baş verməyib. Qaxariya vəziyyətin sonrakı kəskinləşməsinin bütün bölgənin təhlükəsizliyinə mənfi təsir göstərəcəyini qeyd edib.
Şərhlər