Hikmət Hacıyev - "Ermənistanın hücumları gəncəliləri qorxuda bilməz"

04.10.2020 12:58     Siyasi reaksiya     898

“Gəncədəki insanlarla danışdım. Gəncə sakinləri güclüdür. Ermənistan ərazisindən Gəncənin kasset tipli raket hücumuna məruz qalması gəncəliləri heç bir şəkildə qorxuda bilməz”.

Reaksiya.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabındakı paylaşımında bildirib.

O, Ermənistanın Gəncəyə raket atmasını məsuliyyətsiz addım adlandırıb. 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar