"Türkiyədə siyasi xaos olmayacaq"

14.08.2015 09:50     Siyasi reaksiya     2122

Türkiyədə koalisiya hökumətinin qurulmasının uğursuzluqla nəticələnməsi o demək deyil ki, ölkədə siyasi xaos olacaq.

Ədalət və İnkişaf Partiyasının (AKP) İdarə Heyətinin üzvü, parlament deputatı Məzhər Bağlı mətbuata verdiyi açıqlamsında bildirib ki, Türkiyədə demokratik cəmiyyət mövcuddur və hökumətin qurulmasının uğursuzluqla nəticələnməsi ölkədə risklərə səbəb ola bilməz.

Deputat həmçinin qeyd edib ki, partiyaların liderləri – baş nazir Əhməd Davudoğlu və Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu koalisiya hökumətinin yaradılması ilə bağlı danışıqların bir neçə mərhələsini keçirməklə bütün dünyaya demokratiya nümunəsi nümayiş etdirdilər.

Şərhlər

Çox oxunanlar