Onlar Qarabağa getmək istəyirsə... - XİN-dən açıqlama
05.10.2020 13:14 Siyasi reaksiya 893
"Ermənistan münaqişə zonasına, Azərbaycanın işğal olunmuş ərazilərinə gətirdiyi jurnalistlərin təhlükəsizliyini təmin etmir".
Reaksiya.az xəbər verir ki, bunu jurnalistlər üçün təşkil olunmuş brifinqdə Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva deyib. XİN sözcüsü bildirib ki, cəbhə bölgəsinə getmək istəyən beynəlxalq jurnalistlər beynəlxalq qanunlara riayət edərək Azərbaycandan icazə almalıdırlar:
"Əks təqdirdə Azərbaycan onların təhlükəsizliyinə cavabdeh deyildir".
Şərhlər