"Beynəlxalq qurumları həmişə dəvət edirik"

14.08.2015 10:35     Siyasi reaksiya     2050

“Müşahidәçilәr seçkilәrin vaxtının elan olunmasından sonra müraciәt etmәyә başlayır”.

Reaksiya.az xəbər verir ki, bu sözlәri Mәrkәzi Seçki Komissiyasının (MSK) sәdri Mәzahir Pәnahov deyib. Onun sözlәrinә görә, MSK bu müşahidәçilәrin akkreditasiyasını hәyata keçirir: "Seçki günü ölkә üzrә 18 yaşını keçmiş vәtәndaşlarımızın sәsvermәni müşahidә etmәk hüquq var. Ölkә üzrә hәr kәs Mәrkәzi Seçki Komissiyasına müraciәt edә bilәr. Kimsә dairә üzrә müşahidә aparmaq istәyirsә, onun Mәrkәzi Seçki Komissiyasına müraciәt etmәsinә ehtiyac yoxdur. Onlar müşahidә etmәk istәdiyi Dairә Seçki Komissiyasına müraciәt edә bilәr. Әvvәlki illәrdә dә tәcrübәmizdә müşahidәçilәrlә bağlı heç bir problem olmayıb. Bizim müşahidәçilәrin sayı 50 min nəfər çatıb. Azәrbaycanda seçkilәri müşahidә etmәk istәyәn beynәlxalq qurumları da hәmişә dәvәt etmişik. Müşahidәçilәri dәvәt etmәyә 3 qurum sәlahiyyәtlidir - Milli Mәclis, Xarici İşlәr Nazirliyi vә Mәrkәzi Seçki Komissiyası".

Şərhlər

Çox oxunanlar