Afinanın səfirini geri çağırmasına XİN-dən - AÇIQLAMA
07.10.2020 21:05 Siyasi reaksiya 512
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Yunanıstanın öz səfirini məsləhətləşmək üçün ölkəsinə çağırması ilə bağlı KİV-in sorğusuna cavab verib.
XİN-dən Reaksiya.az-a daxil olan açıqlamada qeyd olunur:
"Əlbəttə, hər bir ölkə bu və ya digər məsələ ilə bağlı fövqəladə və səlahiyyətli səfirini məsləhətləşmək üçün çağırmaq qərarını verə bilər. Müxtəlif ölkələrdən, o cümlədən Yunanıstandan erməni mənşəli vətəndaşların Azərbaycanın işğal olunmuş ərazilərinə yola düşməsi ilə bağlı tərəfimizdən verilən açıqlamalara gəldikdə vurğulamaq istərdik ki, bu məlumatlar açıq informasiya mənbələrinə istinadən təqdim edilib və Yunanıstan tərəfinə bu məlumatın həqiqətə uyğun olub-olmaması ilə bağlı müraciət edilib".
Şərhlər