ABŞ Qarabağ danışıqlarında iştirak etmək niyyətindədir - AÇIQLAMA
08.10.2020 21:39 Siyasi reaksiya 542
ABŞ Dağlıq Qarabağ münaqişəsinin Minsk Qrupu formatında həlli üçün keçiriləcək görüşlərdə iştirak etmək niyyətindədir.
Reaksiya.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi TASS-a açıqlamasında deyib.
“ABŞ-ın mövqeyi aydındır və dəyişməyib: hər iki tərəf hərbi əməliyyatları dayandırmalı və ən qısa müddətdə danışıqlara qayıtmaq üçün Minsk Qrupu həmsədrləri ilə işə başlamalıdır. ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri olaraq hər iki tərəfə kömək etməyə sadiq qalır”, - Dövlət Departamentinin nümayəndəsi bildirib.
Qeyd edək ki, Fransa Xarici İşlər naziri Jan-İv Lö Drian Dağlıq Qarabağdakı vəziyyətlə bağlı danışıqların oktyabrın 8-də Cenevrədə və oktyabrın 12-də Moskvada planlaşdırıldığını elan etmişdi.
Şərhlər