Hikmət Hacıyev: Təzyiqlərə sinə gəlməyə hazırıq
09.10.2020 13:31 Siyasi reaksiya 1125
Təəssüf ki, ölkəmizə qarşı – öz haqlı savaşı olduğu təqdirdə də - yenə də təzyiqlər, fərqli fikirləri olan bir sıra dövlətlər var. Ölkəmizə qarşı təbliğat da aparılır. Ancaq biz bunların hər birinə sinə gəlməyə hazırıq.
Reaksiya.az Report-a istinadən xəbər verir ki, bunu “Haber Global”a müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.
“Düşünürəm ki, biz hərbçilərimizin müharibədə qan tökərək, addımbaaddım, işğaldan azad etdiyimiz ərazilərimiz və ondan sonra irəli gələn məsələlərimizi də masa arxasında eyni uğurlar davam etdirəcəyik”, - Prezidentin köməkçisi bildirib.
Şərhlər