Ermənistan humanitar atəşkəs rejiminə əməl etmir - XİN başçısı
10.10.2020 15:35 Siyasi reaksiya 560
Humanitar atəşkəsin elan olunması vacibdir. Ötən günlər ərzində Rusiya Prezindeti Vladimir Putin bu təşəbbüslə çıxış edib.
Reaksiya.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Xarici İşlər naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, əsas məqsəd humanitar atəşkəsin təmin edilməsidir: “Bu, kifayət qədər mürəkkəb və spesifik əməliyyatdır. Bəyannamədə bu işlər BQXK-nın üzərinə qoyulub. Amma Ermənistan humanitar atəşkəs rejiminə əməl etməyib”.
Nazir bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi uğurları və ədalətli mövqeyimizə beynəlxalq dəstək yeni imkanlar yaradır və Azərbaycanın diplomatik səylərini möhkəmləndirir:
“Bu, bəyanatın 3-cü və 4-cü bəndəində əksini tapıb”.
Şərhlər