Hikmət Hacıyev: Azərbaycan cavab tədbirləri görəcək
11.10.2020 20:07 Siyasi reaksiya 527
Bu gün Ermənistan Gəncəni raket atəşinə məruz qoyub. Ermənistan bu əməllərini davam edəcəksə, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq cavab tədbirləri görəcək.
Reaksiya.az xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilər brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, Gəncə təmas xəttindən uzaqda yerləşir:
“Ermənistan Gəncəni Varldenis rayonundan atəşə tutub. Gəncə əhalinin sıx yaşadığı şəhərdir. Atəş nəticəsində mülki hali arasında xeyli ölən və yaralananlar var. Ermənistan Tioçka-U raketindən istifdə edib. Bu raket böyük dağıdıcı gücə malikdir”.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, əhalinin sıx yaşadığı bir əraziyə bu cür raketin atılması çoxlu saylı insenaların qətlə yetirilməsi məqsədi daşıyıb: “Hətta Ermnəistan “Smerç”, “Skad” raketlərindən də şəhərlərimizi atəşə tutur. Eyni zamanda Ermənistan Azərbaycanın sənaye şəhərləri olan Minəçevir şəhərini də “Smerç” raketlərindən atəşə tutur. Bu, Moskvada əldə olunmuşq humanitar atəşkəs rejiminə ziddir. Azərbaycan humanitar atəşkəs rejiminə əməl etdi, amma Ermənistan mülki əhaliyə qarşı vandalizm aktı törətdi. Beynəlxalq təşkilatar Ermənistana siyasi təzyiq göstərməlidir. Ermənistan həm qara bazardan, həm də mülki təyyarələrdən istifadə etməklə yeni silahlar gətirir. Bu, beynəlxalq mülki aviasyia qaydalarnü ada tamilə ziddir”.
H. Hacıyev nəzərə çatdırıb ki, Azərbaycan danışıqların ATƏT-in Minsk Qrupu çərçivəsində həllinə sdaiqlik nümayiş etdirdi: “Amma təəssüf ki, Ermənistan bu razılaşmanı pozaraq Azərbaycanın mülki əhalisini atəşə tutdu. Ermənistan özü də etiraf edir ki, mülki əhaliyə hücum etməklə hansısa məqsədlərinə çatmaq istəyirlər. Ermənistan həm təmas xətti boyunca yerləşən yaşayış məntəqələrini, hətta təmas xəttindən 100 km uzaqlıqda yerləşən yaşayış məntəqələrini atəşə tutur. Əgər Ermənistan bu əməllərini davam edəcəksə, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq cavab tədbirləri görəcək. Lakin biz Ermənistanın silahlı qüvvələri ilə mübarizə aparırıq. Mülki əhali bizim hədəfimiz deyil. Hərbçilər döyüş meydanında döyüşməli, mülki əhaliyə qarşı müharibə aparmamalıdırlar”.
Şərhlər