Rusiya və ABŞ arasında “İran İnqilab Mühafizləri” tapmacası

14.08.2015 15:57     Siyasi reaksiya     2316

Vaşinqton rəhbərliyi, İran İnqilab Mühafizlərinin Qüds Gücü Komandiri Qasım Süleymaninin Moskvaya səfər etməsi ilə bağlı iddialar yenə gündəmə gəlib.

ABŞ Xarici işlər nazirliyinin spikeri Mark Toner BMT sanksiyaları ucbatından xaricə çıxmaq qadağası olan Süleymaninin Moskvada görüşlər keçirdiyi ilə bağlı iddialar irəli sürüb. Toner səfərin hansı məqsədlə edildiyinə aydınlıq gətirməyə çalışdıqlarını ifadə edib.

Rusiya Süleymani iddiasını növbəti dəfə təkzib edib

Rusiya isə daha əvvəl Kremlin vasitəsilə təkzib etdiyi Süleymani iddiasını bu dəfə də Xarici İşlər Nazirliyi vasitəsi ilə rədd edib.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Süleymani ilə əlaqədar iddiaları rədd edirlər: "Vaşinqtondan gələn şərhləri gördük və çox heyrətləndik. ABŞ-a keçən həftə bu mövzuda məlumat verdik. Süleymaninin keçən həftə Moskvanı ziyarət etdiyinə dair məlumat olmadığını çatdırdıq. Mövzunun o zaman bağlandığını düşünmüşdük" - ifadələrini istifadə edib.

Amerikanın “Fox News” televiziyası 24 iyulda Moskvanı ziyarət edən Süleymaninin, Rusiya prezidenti Vladimir Putinlə bir görüş keçirdiyini iddia etmişdi. “Fox News” - un xəbərində Süleymaninin Moskva gündəminin mərkəzində İrana tətbiq olunan silah embarqosunun qaldırılması olduğu da ifadə edilmişdi.

RİA Novosti xəbər agentliyinə açıqlama verən Kremlin mətbuat xidmətindən bir rəsmi bu cür görüşün reallaşmadığını ifadə etmişdi.

Şərhlər

Çox oxunanlar