Berlin divarının bir hissəsi ABŞ-da - VİDEO
14.08.2015 16:07 Siyasi reaksiya 2307
Berlin Divarının bir hissəsi “Atlantic Council” adlı düşüncə quruluşunun dəstəyi və Alman Verbundnetz Gas Aktiengesellschaft adlı şirkətlə əldə edilən razılaşmadan sonra, Almaniyanın şərqə və qərbə ayrılmasının 54 - cü illiyi çərçivəsində ABŞ-a gətirilib.
Almaniyanı 1961 və 1989 – cu illərdə şərqə və qərbə ayıran divarın Xarici İşlər Nazirliyində qalıcı olaraq sərgilənən hissəsi, təxminən olaraq 4 metr 20 santimetr uzunluğunda və 2 tonun üzərində ağırlığa sahibdir.
ABŞ-da nümayiş olan hissədə Almaniyanın Baş naziri Angela Merkelin, ABŞ-ın əvvəlki prezidenti Corc W. Buşun, Sovetlər Birliyinin son lideri Mixail Qorbaçovun imzası var.
İkinci Dünya müharibəsindən sonra keçmiş Şərqi Almaniya rejimi 13 Avqust 1961-ci ildə Berlini və Almaniyanı ayıran divarı inşa etmişdi. "Utanc Divarı" kimi də xatırlanan Berlin Divarı 9 noyabr 1989-cu ildə yıxılmış, 3 oktyabr 1990-cı ildə də iki Almaniyanın birləşməsi reallaşmışdı.
Şərhlər