ATƏT-in Bakı ofisi fəaliyyətini dayandıracaq
06.06.2015 13:20 Siyasi reaksiya 1012
ATƏT-in Bakıdakı layihə koordinatorluğu Azərbaycan Xarici İşlər Nazirliyindən layihə koordinatorluğunun fəaliyyətinin dayandırılması ilə bağlı nota alıb.
Bu barədə APA-ya qurumun mətbuat xidmətindən məlumat verilib.
“Biz bu barədə notanı qəbul etmişik və nota nəzərən keçirilir”, - deyə məlumatda qeyd edilir.
Azərbaycan Xarici İşlər Nazirliyi isə hələlik məsələ ilə bağlı açıqlama verməyib.
Şərhlər