Yan Fişer İlham Əliyevə məktub göndərdi

13.10.2020 16:16     Siyasi reaksiya     590

2009-2010-cu illərdə Çexiya Respublikasının Baş Naziri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Yan Fişer Prezident İlham Əliyevə məktub göndərib.

Reaksiya.az məktubun mətnini təqdim edir:

"Hörmətli cənab Prezident,

Dağlıq Qarabağda baş verən son gərginliklərlə bağlı xəbərlərdən çox narahatam. Nizami Gəncəvinin vətəni olan, eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsasının qoyulduğu Gəncə şəhərinə edilən hücuma, uşaqların qətlə yetirilməsinə və şəhərlərin dağıdılmasına heç nə bəraət qazandıra bilməz.

BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri yerinə yetirilməli, ölkələrin suverenliyinə hörmət edilməlidir.

Cənab Prezident, həmsədrlərimiz Vayra Vike-Freyberqanın və İsmail Serageldinin davamlı dəstəyi ilə bir ailə kimi işimizi koordinasiya etdiyimiz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə verdiyiniz davamlı dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm.

Hamımız inanırıq ki, tezliklə bu vəziyyətdən çıxış yolu tapılacaq".

Reaksiya.az

Şərhlər

Çox oxunanlar