Partiya sədrlərindən hökumətə müraciət - cəbhə zonasına getmək istəyirlər

14.10.2020 08:58     Siyasi reaksiya     2172

Təbliğat qabiliyyətləri olan partiya sədrləri var ki, onların səfərlərinin ancaq işə xeyri dəyər.

İşğalçı Ermənistanın Azərbaycanın Gəncə, Mingəçevir, Bərdə şəhərlərinə, Tərtərə, Ağcabədiyə və digər rayonlara mülki əhalinin üzərinə raket zərbələri endirməsi bu şəhərlərin əhalisinin ruh yüksəkliyini sındıra bilməyib. Adı çəkilən şəhərlərə isə paytaxtın diqqətini daha da artırıb. Raket zərbəsindəın ziyan görən şəhərlərimizin insanlarında ruh yükəskliyini daha da artırmaq üçün müvafiq addımlar atılır. Lakin diqqətçəkən məqamlardan biri odur ki, bu prosesdə “siyasi partiyaların liderləri sərhəd bölgələrinə, atəşə tutulan Gəncəyə, Mingəçevirə, Bərdəyə, Tərtərə niyə getmir” sualı da buradan yaranır.

Bu barədə fikirlərini öyrəndiyimiz ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bildirdi ki, istər cəbhəyə əsgərlərlə görüşə, istərsə də Ermənistanın raket zərbələri endirdiyi Gəncə, Mingəçevir, Bərdə, Tərtər və digər şəhərlərimizə hadisə yerinə siyasi partiyaların sədrlərinin səfərini təşkil etmək lazımdır. Bunu vahid mərkəzləşdirilmiş formada hökumət təşkil etməlidir ki, effekti olsun, xaos formasında olmasın: “Siyasi partiyaların sədrləri gedib insanlarda vətənpərvərlik ruhunu yüksəltməlidir. Qeyri-ciddi adamların, qeyri-ciddi sahənin təmsilçilərinin cəbhə xəttinə gediş-gəlişinə isə şərait yaradılmamalıdır.

Sərdar Cəlaloğlu: “Qadının özbaşınalıq hüququ yoxdur, ərə tabe olmalıdır” -  VİDEO

Biz partiya sədrlərinin özfəaliyyət formasında cəbhə xəttinə və ya raket zərbələri endirilmiş şəhərlərimizə gedişinin tərəfdarı deyilik. Çünki hərbi vəziyyətdir, komendant saatı tətbiq edilir. Ona görə də səfəri hökumət təşkil etməlidir. Bu olsa çoxlarımız getməyə hazırıq. Təbliğat qabiliyyətləri olan partiya sədrləri var ki, onların səfərlərinin ancaq işə xeyri dəyər".

https://hurriyyet.org/wp-content/uploads/2020/05/El%C5%9Fad-Musayev.jpg

 

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev dedi ki, raket zərbələri endirilən şəhərlərimizə siyasi partiya sədrlərinin getməməsinin səbəbləri var: “Ölkədə 50-dən yuxarı partiya qeydiyyatdadır. Bunlardan təxminən 20-sinin real fəaliyyəti nəzərə çarpır. İkincisi, biz siyasilər məsuliyyətimizi dərk edən adamlarıq. Müharibə gedir və belə vəziyyətdə biz Azərbaycan hakimiyyəti ilə müttəfiqik, siyasi təşkilatlar öz fəaliyyətlərini faktiki olaraq dondurublar. Hakimiyyətin müharibə ilə bağlı hansı təşkil etdiyi və edəcəyi tədbir varsa, biz orada iştirak etməyə hazırıq. Ona görə də komandanlıq, hakimiyyət məsləhət bilsə və təşkil edilsə, siyasi partiyaların sədrləri həmin şəhərlərə və cəbhə xəttinə getməyə hazırdırlar. Bu cür işlər özfəaliyyətlə olmamalıdır. Bu sahəyə nəzarət edən adamlar, Prezident Administrasiyası əgər məqsədəuyğundursa, siyasilərin səfərlərini təşkil etməlidir. Bu cür ciddi iş planlı şəkildə olmalıdır, kortəbii formada olmamalıdır. Hətta özfəaliyyət şəklində səfər etsək belə, Azərbaycan telekanallarının çoxu bizi, əsasən müxalifət partiyalarının sədrlərini boykot ediblər, insanlarda ruh yüksəkliyi yaratmaq üçün etdiyimiz səfəri işıqlandırmayacaqlar. Efirə elə adamlar çıxarılır ki, nə bir ictimai nüfuzu var, nə danışığının məsuliyyətini dərk edə bilmir”. 

Arzuxan Əlizadə - VHP

AMİP sədri Arzuxan Əlizadə isə bildirdi ki, hazırda çox həssas dönəmdir və bəzi partiya sədrlərinin bu dönəmdə səbhə xəttinə və oraya yaxın şəhərlərə səfər təşkil edilməsi ilə bağlı təklifləri olub: “Biz təklif etmişik ki, bu cür səfərləri hökumət özü təşkil eləsin. Siyasi partiyaların sədrləri həmin şəhərlərə gedərək həmrəylik nümayiş etdirsinlər. Onsuz da siyasi partiyalar ümumi prosesdə həmrəydirlər və dövlətin yanındadırlar. Düşmən hədəfində olan yerlərimizdə partiya sədrlərinin birgə görünərək yerli əhali ilə həmrəylik nümayiş etdirməsi yaxşı effekt verər. Biz buna hazırıq. Biz o bölgəyə ayrı-ayrı getmək və bunu reklam eləmək fikrindən uzağıq. Bizim partiya olaraq konkret atdığımız addımlar var, amma bunu reklam etmirik. Hökumət səfəri təşkil edərsə, biz hazırıq”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar