Hikmət Hacıyev: Tərtər Azərbaycanın “Stalinqrad”ıdır
14.10.2020 11:30 Siyasi reaksiya 887
Ermənistanın humanitar atəşkəsə “sadiq qalması” tam riyakarlığın təzahürüdür.
Reaksiya.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter səhifəsində yazıb.
“Səhərdən Tərtər şəhəri güclü artilleriya hücumuna məruz qalır. Şəhərə və ətraf kəndlərə 100-dən çox top mərmisi atılıb, 6 dinc sakin yaralanıb. Bir mülki şəxs qətlə yetirilib. Tərtər - erməni nasizmi qarşısında Azərbaycanın “Stalinqrad”ıdır”, - o yazıb.
Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhər və ətraf kəndləri atəşə tutmaqda davam edir. Bir mülki şəxs ölüb.
Şərhlər