Baş prokuror Tovuzda vətəndaşları qəbul edib

14.08.2015 19:28     Siyasi reaksiya     1855

Respublikanın Baş prokuroru  Zakir Qaralov Tovuzda rayon prokurorluğunun inzibati binasında Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan sakinləri qəbul edib. Reaksiya.az-ın verdiyi xəbərə görə, Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda bölgədə yaşayan vətəndaşların problemləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, eyni zamanda prokurorluğun fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərin araşdırılması üçün aidiyyatı üzrə göndərilməsi və nəzarətdə saxlanılması təmin olunub. 

Şərhlər

Çox oxunanlar