Tariximizdə yeni şanlı, şərəfli səhifələr yazılır - Paşayeva
20.10.2020 18:11 Siyasi reaksiya 812
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin bugünkü plenar iclasında çıxış edib.
Reaksiya.az xəbər verir ki, Ordumuzun zəfər yürüşünə toxunan Qənirə Paşayeva tariximizdə yeni şanlı, şərəfli səhifələr yazıldığını qeyd edib. O, son yüz ildə zorla əlimizdən alınmış torpaqların ilk dəfə bu miqyasda azad edildiyini vurğulayaraq, cənab Ali Baş Komandan başda olmaqla, Silahlı Qüvvələrimizə, qəhrəman hərbçilərimizə təşəkkür edib.
“Şəhidlərimizin ruhu, onların ailələrinin qarşısında baş əyirəm!” deyən millət vəkili sərhəd kəndlərində yaşayan, top, raket atəşlərinə, dağıntılara baxmayaraq, öz el-obasını tərk etməyən sakinlərimizin də fədakarlıq və mərdanəlik nümayiş etdirdiyini söyləyib.
Q.Paşayeva çıxışının sonunda Azərbaycan həqiqətlərinin yayılması, erməni yalanlarının qarşısının alınması üçün bütün dünya azərbaycanlılarını, xüsusən Rusiyada yaşayan soydaşlarımızı daha da fəal olmağa çağırıb.
Şərhlər