Lavrov Mnatsakanyan və Bayramovla görüşdü

21.10.2020 15:39     Siyasi reaksiya     1718

Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Ermənistanın və Azərbaycanın XİN rəhbəri Zöhrab Mnatsakanyan və Ceyhun Bayramovla ayırıca görüşüb.

Reaksiya.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, görüş çərçivəsində Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə dair əvvəllər əldə olunmuş razılaşmaların həyata keçirilməsi və onun davamlı həlli üçün şərait yaradılması ilə bağlı məsələlər müzakirə edilib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar