Ermənilərin etdikləri vəhşilikdir - Türkiyənin Baş Ombudsmanı
22.10.2020 23:37 Siyasi reaksiya 665
Mülki vətanşların ölümü ilə nəticələnən bu hadisələri törədənlər cəzasız qalmayacaq, onlar dünya qarşısında cavab verməli olacaqlar.
Reaksiya.az xəbər verir ki, bu sözləri Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç Gəncə şəhərinə etdiyi səfər zamanı jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, qaqsızlıqlar deyilmədikcə yalanlar doğruları üstələyər:
"Bu bombaları günahsız insanların üzərinə atanlar daha rahat ola bilməyəcəklər, onlardan bunun hesabı soruşulacaq. Onlar bu gün də olmasa, sabah dünya qarşısında cavab verməli olacaqlar. Ermənilərin etdikləri vəhşilikdir, cinayətdir və dünya tarixində bu cür hallar heç vaxt bağışlanmayıb", - deyə Ş. Malkoç bildirib.
Qeyd edək ki, Azərbaycanın İnsan Haqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç Gəncəyə gəlib. Burada erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq dağılmış yaşayış binasının və evlərin ətrafına gül düzüb, qətlə yetirilənlərin ruhuna dualar oxuyublar.
Şərhlər