Qarabağ Türkiyə üçün qırmızı xətdir və bu məsələdə heç kimə güzəşt etməyəcəyik - Ərdoğan

28.10.2020 15:45     Siyasi reaksiya     534

ATƏT Minsk qrupu Dağlıq Qarabağ problemini həll etmək iqtidarında deyil.

Reaksiya.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Minsk qrupunun həmsədrləri - Rusiya, ABŞ və Fransa münaqişəni həll etmək iqtidarında deyil, ya da bunu etmək istəmir:

"30 il ərzində onlar sadəcə yığışıblar, görüşüblər və dağılışıblar. Qarabağ münaqişəsi üçün konkret qərar vermək vaxtı çatıb, bu münaqişə birmənalı şəkildə başa çatmalıdır".

R.T.Ərdoğan bildirib ki, rusiyalı həmkarı Vladimir Putinlə danışığı zamanı bu məsələni birlikdə həll etməyin mümkünlüyünü səsləndirib.

 

Türkiyə prezidenti həmçinin Türkiyənin guya Azərbaycana Yaxın Şərqdən muzdlu silahlılar göndərməsi fikrinə də münasibət bildirib:

"Bu söhbətlər yalandan başqa bir şey deyil. Tam əksinə, PKK terror təşkilatının silahlıları Dağlıq Qarabağda Ermənistan tərəfindən döyüşür".

O, əlavə edib ki, bu faktları Nikol Paşinyanın qarşısına qoymaq lazımdır:

"O bilməlidir ki, Qarabağ Türkiyə üçün qırmızı xətdir və bu məsələdə heç kimə güzəşt etməyəcəyik. Mən Putinlə söhbətim zamanı da Qarabağın Türkiyə üçün qırmızı xətt olduğunu demişəm. Paşinyan onu da bilməlidir ki, Türkiyə regionda PKK silahlılarının döyüşməsinə göz yuma bilməz".

Reaksiya.az

Şərhlər

Çox oxunanlar