Bayramov isveçrəli həmkarına erməni vəhşiliyindən danışdı
28.10.2020 22:37 Siyasi reaksiya 541
Bu ilin 28 oktyabr tarixində Xarici İşlər naziri Ceyhun Bayramov və İsveçrənin Federal Xarici İşlər Departamentinin rəhbəri İqnasio Kassis arasında telefon danışığı baş tutub.
Reaksiya.az xəbər verir ki, telefon danışığı zamanı nazir Ceyhun Bayramov Ermənistanın təcavüzkar siyasəti, bölgədəki ən son yüksək gərginlik, Bərdə şəhəri də daxil olmaqla, Ermənistanın cəbhə bölgəsindən aralıda yerləşən və heç bir hərbi hədəf əlamətləri olmayan, mülki əhalinin sıx məskunlaşdığı əraziləri atəşə tutması barədə həmkarını məlumatlandırdı.
O, günahsız mülki əhalinin atəşə tutulmasının müharibə cinayətləri olduğuna diqqət çəkdi.
Nazir Ceyhun Bayramov, habelə həmkarına Ermənistan tərəfindən xaincəsinə edilən raket hücumları nəticəsində mülki şəxslər arasında olan itkilər barədə məlumat verdi.
İqnasio Kassis, öz növbəsində mülki şəxslərə qarşı hücumlarla bağlı narahatlığını ifadə etdi. O, İsveçrənin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinə dair mövqeyini bir daha təkrar etdi. İqnasio Kassis münaqişənin sülh yolu ilə həlli ilə bağlı rolu olacağı təqdirdə, ölkəsinin yardım etməyə hazır olduğunu qeyd etdi.
Şərhlər