İrəvan öz cinayətlərini gizlətmək üçün bunu edir - Hikmət Hacıyev
03.11.2020 15:44 Siyasi reaksiya 577
Ermənistan öz cinayətlərini ört-basdır etmək üçün Azərbaycan ordusunun tərkibində muzdluların olduğunu iddia edir, səhnəciklər qurur.
Reaksiya.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin rəhbəri Hikmət Hacıyev deyib.
O bildirib ki, Ali Baş Komandanın qeyd etdiyi kimi, Azərbaycan ordusunun muzdlulara və ya əlavə qüvvələrə ehtiyacı yoxdur. Belə yalan xəbərlər Ermənistan ictimaiyyətində uğursuzluğu ört-basdır etmək üçün qəsdən yayılır.
Şərhlər