Rusiya Azərbaycanla münasibətləri qorumağa çalışacaq - Politoloq

03.11.2020 17:00     Siyasi reaksiya     842

Rusiya indiyə qədər özünü təmkinli aparıb, proseslərə qarışmayıb, lakin Ermənistana da güclü silah ötürüb. Ermənistan ərazisində olan rus qoşunları Ermənistan ordusuna məsləhətçi yardımlar edib.

Bu sözləri politoloq Qabil Hüseynli Reaksiya.az-a Rusiya prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək, Qarabağla bağlı apardığı müzakirəni şərh edərkən deyib.

“Rusiya, Fransa, ABŞ uzun müddətdir çalışırlar ki, atəşkəsə nail olsunlar. İkinci Qarabağ savaşı başlayandan sonra ilk dəfə xarici işlər nazirləri Moskvada görüşdü. Oktyabrın 8-də humanitar atəşkəs haqda razılığa gəlsələr də Ermənistan tərəfi bu atəşkəsi pozdu. Hər dəfə humanitar atəşkəs haqda razılaşma əldə ediləndə onu ilk pozan ermənilər olur.

Düşünürəm ki, Putinin zəngi də atəşkəslə bağlı ola bilər. Çünki Rusiya nəzərə çatdırıbdır ki, onlar məsələni Təhlükəsizlik Şurasına çıxara bilərlər. Bir dəfə Təhlükəsizlik Şurasına məsələ çıxarılsa da, BMT-nin 1993-cü ildəki qətnamələrinin adı çəkilmədiyindən bloklara qoşulmayan ölkələrin təşəbbüsü ilə həmin qətnaməni qəbul etmək mümkün olmadı. Hal-hazırda qətnaməni Azərbaycanın əleyhinə qəbul etmək istəyirlər. Azərbaycan bu gün öz torpaqlarında müharibə aparır. Öz torpaqlarını işğaldan azad edərək BMT qətnamələrini həyata keçirir”, - deyə o bildirib.

Azərbaycanın erməni qoşunlarının ölkədən çıxarıldığı halda atəşi dayandıracağını bildirən Qabil Hüseynli Prezident İlham Əliyevin bununla bağlı cədvəl təqdim etmək tələbini xatırlatdı:

“Ermənistan bu tələblərin heç birini etmək istəmir. Ermənistanı bu səviyyəyə çatdıran həmin xristiyan dövlətləridir. İndi də yenidən araya Putin girib. Sözsüz ki, Putinin Prezident İlham Əliyevlə telefon danışığı zamanı atəşkəs problemi də müzakirə edilib. Biz məsələni yaxın vaxtlarda qurtarmaq niyyətindəyik. Həmin tarixə çox yaxınıq. Onlar da tez bir şəkildə bu məsələdə atəşkəs elan etmək istəyirlər. Amma buna nə qədər cəhd edilsə də razılaşma olmayacaq. Artıq böyük nümayəndə heyəti ilə Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Bakıdadır. Bu gün də Türkiyənin Müdafiə Naziri Hulusi Akar bütün qoşun növlərinin nümayəndələri ilə Azərbaycana gələcək. Məsələnin kuliminasiya nöqtəsinə yaxınlaşdıqca məsələ ətrafında gərginliyi artırmaq istəyən qüvvələr də peyda olur. Amma bütün bunlara baxmayaraq Azərbaycanı heç kəs yolundan döndərə bilməz. Azərbaycanın başqasının torpağında gözü yoxdu. İşğal edilmiş, istila edilmiş, yağmalanmış ərazilərini azad edir və 1 milyondan çox insanın qaçqın insanı öz doğma yurd-yuvasına qaytarmaq istəyir. Bu humanist bir addımdır. Hər bir özünə hörmət edən dövlət belə hərəkət edər. Ermənilər bu torpağa gəlmədir. Gətirilmədir. Dünyanın ən pis xislətli milləti olaraq bu gün də həmin hərəkətləri davam etdirməkdədir”.

Rusiyanın Azərbaycanla münasibətləri korlamayacağını bildirən politoloq, bundan sonra da həmin münasibətləri tənzimləməyə çalışacaqlarını qeyd etdi:

“Və Qarabağ probleminin həlli dedikdə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində qalmasını nəzərdə tutulur”.

 

Nübar Lətifli

Reaksiya.az

 

Şərhlər