Bayden Qarabağ müharibəsinə necə təsir edə bilər? - ŞƏRH

05.11.2020 15:08     Siyasi reaksiya     843

Bayden ilə məsələ hələ çox aydın deyil

Co Baydenin ermənilərlə bağlı mövqeyi hələlik tam aydın deyil. O, son iki çıxışlarından birində Ermənistanın sonsuza qədər Dağlıq Qarabağı işğalda saxlaya bilməyəcəyini bildirib. 

Bu sözləri Reaksiya.az-a açıqlamasında beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib. Onun sözlərinə görə, Tramp hakimiyyətdə qalsaydı, ABŞ indiyə qədər başladığı siyasəti olduğu kimi davam etdirəcəkdi:

“Prezident İlham Əliyev administrasiyası Tramp administrasiyası ilə hansı dildə danışacağını artıq çox yaxşı bilirdi. Bu münasibətlər müharibə başlayandan sonra da dəyişmədi. Əslində, Azərbaycanla münasibətləri pozmaq, ABŞ-ın ümumi maraqlarına uyğun deyil. Çünki ABŞ Azərbaycan vasitəsi ilə həm Rusiyaya, həm də İrana qarşı müəyyən mövqe ortaya qoya bilir. Lazım gəldikdə transport koridoru yaradır. Avropanın müəyyən qədər enerji təhlükəsizliyini qorumasında öz töhvəsini verə bilir. Bu faktlar dəyişməzdir və Bayden admistratorluğu bunları mütləq nəzərə almalıdır. Buna görə də mən onlardan çox güclü anti-Azərbaycan mövqe tutacaqlarını gözləmirəm”. – deyə o bildirib.

Qeyd edək ki, ABŞ-da prezident seçkilərinin son nəticələrinə görə, demokrat namizəd Co Bayden 68 807 194 səslə (50,02 faiz) respublikaçı rəqibi Donald Trampı üstələyib.

Nübar Lətifli

Reaksiya.az

 

 

Şərhlər

Çox oxunanlar