Erməni deputat Azərbaycana qarşı terrora çağırış edir - Hacıyev

09.11.2020 22:38     Siyasi reaksiya     584

Ermənistan parlamentinin üzvü Azərbaycana qarşı terrora çağırış edir.

Reaksiya.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün Tvitter hesabında yazıb.

“Çiçəklənən Ermənistan” fraksiyasından Ermənistan Milli Məclisinin üzvü Naira Zöhrabyan. Həmçinin Avropa Şurası və qurumun Parlament Assambleyasında təmsil olunur. Mingəçevir su anbarını vurmaqla Azərbaycana qarşı terrora və müharibə cinayətlərinə çağırış edir. Bu cür düşünən siyasətçi AŞPA-dakı mandatından məhrum edilməlidir. Biz bunu qınayırıq". – Hacıyev bildirib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar