Krım hər zaman Rusiyaya qatılmaq istəyib

15.08.2015 16:32     Siyasi reaksiya     2381

Qərb ölkələri Krımın Rusiyaya qatılmasını məsələsini “işğal” kimi qəbul etsə də, Rusiya bu iddianı qətiyyətlə rədd edir.

Reaksiya.az xəbər verir ki, yarımada haqqında münaqişələrin  hələ də davam etdiyi zamanda Krımın ilk və bu günə qədər tək olan prezidenti Yuri Meşkov Qərbin iddialarını yerlə bir edəcək bəyanatlar verib.

Meşkov 1991-1994-cü illərdə Ukraynaya prezidentlik edən  Leonid Kravçukun dövründə yarımadanın Rusiyaya qoşulmaq istədiyini bildirib: “1991-ci ildə Sovet İttifaqının dağılmasına səbəb olan Belovej müqaviləsi imzalanarkən Kravçuk “içindəki Tatar problemləri ilə birlikdə Krımı Rusiyaya verməyə hazır idi. Ancaq həmin dövrdə Rusiyanın prezidenti olan Boris Yeltsin buna məhəl qoymadı və bu hədiyyəni qəbul etmək adına tükünü də tərpətmədi”.

Yuri Meşkov son olaraq qeyd edibki, Sovet İttifaqı dağılandan bu günə qədər Krım hər zaman Rusiyaya qatılmaq istəyib. 

Şərhlər

Çox oxunanlar