Türk və rus sülhməramlıları necə fəaliyyət göstərəcək? - Detallar BU GÜN AYDINLAŞIR
13.11.2020 13:39 Siyasi reaksiya 1108
Bu gün Rusiyanın 20 nəfərlik diplomatik heyəti Ankaraya səfər edəcək.
Reaksiya.az xəbər verir ki, heyət Dağlıq Qarabağ bölgəsində atəşkəsdən sonra görüləcək işlər haqqında müzakirələr aparacaq.
Hüquq-mühafizə orqanları mənbələrindən verilən məlumata görə, heyət ilk olaraq Xarici İşlər Nazirliyində görüşlərə qatılacaq. Günortadan sonra isə Milli Müdafiə Nazirliyində olacaq.
Yüksək vəzifəli hərbçilərdən ibarət heyət razılaşma çərçivəsində taktiki və metodik olaraq hansı tərəfin harada dayanacağı, neçə nəfər olacağı, hansı fəaliyyətlər göstərəcəyi kimi məsələlər müzakirə olunacaq.
Şərhlər