“Ermənilərin Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxarılması işi aparılır” - Rusiya XİN
19.11.2020 15:16 Siyasi reaksiya 1119
Rusiya rəhbərliyi Azərbaycan və Ermənistan rəhbərliyi ilə daim təmasdadır, Qarabağda münaqişə sonrası nizamlama işlərini koordinasiya edir.
Bu barədə Rusiya Xarici Işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlər üçün brifinqdə açıqlama verib.
"Ötən həftə Dağlıq Qarabağdakı vəziyyəti normallaşdırmaq üçün səylər davam etdirilir. Rusiya prezidentinin Azərbaycan prezidenti, Ermənistanın baş naziri ilə telefonu görüşləri keçirilib, bu müddətdə Dağlıq Qarabağ üzrə 9 noyabr tarixli üçtərəfli bəyanatda qeydə alınmış razılaşmaların həyata keçirilməsinin praktiki aspektləri müzakirə edilib" - deyə o, bildirib.
Mariya Zaxarova qeyd edib ki, Rusiya sülhməramlılarının təmas xətti boyunca və Dağlıq Qarabağı Ermənistanla əlaqələndirən Laçın dəhlizində yerləşdirilməsi davam edir, ermənilərin Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxarılması işi aparılır.
"Mərkəzin əməliyyat qrupu qaçqınların hərəkət prosesinə nəzarəti həyata keçirir. Ermənistan ərazisinə Kəlbəcər rayonundan kütləvi şəkildə əhali gəlir" – Zaxarova deyib.
Şərhlər