Ruhani: “İran Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövüyünü dəstəklədi”

09.12.2020 15:34     Siyasi reaksiya     726

İranın Dağlıq Qarabağ müharibəsində ziyan görmüş bölgələrin yenidən qurulmasında iştirakı hər iki ölkənin xeyirnə olacaq.

Bunu İran Prezidenti Həsən Ruhani Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla göüşündə deyib.

H. Ruhani İran İslam Respublikasının Qarabağ münaqişəsində aşkar və konkret mövqe sərgilədiyini və Azərbaycanın ərazi bütövüyünü dəstəklədiyini qeyd edib.

İran Prezidenti Azərbaycanla Ermənistan arasında müharibənin başa çatmasından, Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması və atəşkəsin təmin edilməsinə görə sevindiyini də vurğulayıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar