Rusiya səfəri öncəsi Tehrandan Ankaraya sərt tənqid

16.08.2015 11:00     Siyasi reaksiya     2095

İranın xarici işlər naziri Cavad Zərif  avqustun 11-nə Türkiyəyə planlaşdırdığı səfərini təxirə saldıqdan sonra sabah Moskvaya rəsmi səfərə edir.

Reaksiya.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla bir araya gələcək Zərifin gündəmində Suriya böhranı, İŞİD ilə mübarizə, nüvə müqaviləsi və digər ikitərəfli əlaqələr mövzuları var.

  Cavad Zərifin Moskva səfərindən öncə sərt bəyanat verən İran xarici işlər nazirinin müavini Əmir Abdullahiyan  Suriyada təhlükəsiz zona yaradılması ilə bağlı məsələyə qarşı olduqlarını deyib.

 Abdullahiyan Türkiyənin təhlükəsizliyi məsələsinə əhəmiyyət verdiklərini qeyd edib: “Suriya və onu qonşu ölkələrinin təhlükəsizliyi, ancaq bəzi oyunçuların terrorizmi istifadə etməkdən imtina etdikləri təqdirdə bərqərar olacaq".

 Münaqişənin yeganə həllinin siyasi üsullarla olacağını xatırladan İranlı diplomat bildirib ki, Suriya torpaqlarında təhlükəsiz zona yaradılmasını bu ölkənin ərazi bütövlüyü və suverenliyinin pozulması kimi görür. Problemə beynəlxalq hüququn tapdalanmayacağı həll yolunu tapmağa çağırıb.  

 Rusiya xarici işlər nazirliyinin səfərlə bağlı verdiyi açıqlamada isə  Suriya böhranı başda olmaq üzrə qlobal və regional məsələlərin müzakirə ediləcəyi qeyd edilib. İkitərəfli iqtisadi əlaqələrin inkişafı, terrorizmlə mübarizə və enerji sahəsində birgə layihələrin həyata keçirilməsi kimi məsələlər ətrafında da söhbət aparılacaq.

 İrana qarşı sanksiyaların tətbiq edilməsinə görə təxirə salınan S-300 daşınması və neft qarşılığında dəyişdirilməsi kimi texniki məsələlərin də görüşdə müzakirə olunması gözlənilir.

  ABŞ-ın Suriya böhranının həllinə yönəlik yeni hərbi üsulları hərəkətə keçirməsi  ilə bağlı  bir həftədir Moskvada suriyalı müxaliflərlə görüşən Moskva sülh üçün yeni bir masa qurulmasını istəyir.

 Suriya lideri Bəşər Əsədin taleyinin Suriya xalqına həvalə edilməsini müdafiə edən Moskva İŞİD terror təşkilatı ilə mübarizədə İraq və Suriya rəhbərlikləri ilə birlikdə Kürd nümayəndələrinin və region ölkələrinin daxil olduğu geniş tərkibli bir koalisiya qurulmasını tələb edir.

Şərhlər