Xamneyi nüvə müqaviləsindən narazıdır

16.08.2015 12:30     Siyasi reaksiya     2276

İranın dini lideri Ayətullah Əli Xameneyinin ölkənin öndə gələn və ən köklü qəzetlərindənolan “Keyhan”dakı nümayəndəsi və qəzetin baş redaktoru Hüseyn Şeriatmedari "Xameniyinin nüvə müqaviləsindən heç bir şəkildə razı olmadığını" yazıb.

Reaksiya.az xəbər verir ki, Şeriatmedari yazdığı baş məqalədə  Xameneyinin nüvə müqaviləsindən məmnun olmadığını iddia edib:  “Özləri (Xamneyi) heç bir şəkildə hazırlanan mətndən razı deyil".

Müəllif məqalədə müqavilənin bir çox maddəsinin İranın müstəqilliyi və təhlükəsizliyini təhdid etdiyini bildirərək bunun İran üçün "faciə" olacağı haqqında xəbərdarlıq edib.

Xamneyinin Ramazan Bayramı ilə bağlı açıqlamasından əks olunan “Müqavilə ilə bağlı mətn təsdiq edilsin və ya etməsin, kimsə İranın əsas prinsiplərinə zərər verə bilməz" sözlərinə işarə edərək, bu sözlərin Xamneyinin nüvə müqaviləsinə qarşı inamsızlığını əks etdirdiyini iddia edib.

İranda daxili və xarici siyasətdə qərarlarda hər zaman son sözü deyən dini lider Xamneyi nüvə sazişi ilə bağlı çıxışlarında, ölkənin nüvə müzakirə heyətinin səylərini tərifləsə də, bu ana qədər müqaviləni təsdiq edib- etmədiyi haqqında danışmayıb.

Qeyd edək ki, İran ilə 5+1 ölkələri arasında qərara alınan nüvə müqaviləsi İranın nüvə proqramını məhdudlaşdırmasının əvəzində sanksiyaların mərhələli olaraq qaldırılmasını nəzərdə tutur.

 

Şərhlər

Çox oxunanlar