BNA-ya məxsus şirkətin rəhbəri dəyişdirildi
04.02.2021 13:04 Siyasi reaksiya 700

Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus Zığ Avtoparkı MMC-də kadr təyinatı olub.
Reaksiya.az Report-a istinadən xəbər verir ki, Zığ Avtoparkı MMC-yə rəhbər vəzifəsi İlqar İbrahimova həvalə edilib.
Qeyd edək ki, bu vəzifəni 2021-ci ilin yanvarına qədər Etibar Quliyev icra edirdi.
Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinə məxsus “Zığ Avtoparkı” MMC-nin nizamnamə kapitalı 142 499 manat təşkil edir.
Şərhlər