Prezidentdən əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı sərəncam
05.02.2021 23:54 Siyasi reaksiya 726

Prezident İlham Əliyev əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.
Reaksiya.az xəbər verir ki, sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılır ki, 2021-ci il 1 yanvar tarixinə 2020-ci il üzrə Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2021-ci il 1 yanvar tarixinədək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin; istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində 2021-ci il 1 yanvar tarixinədək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Şərhlər