Qəzza səhiyyəsi ən pis günlərini yaşayır

16.08.2015 16:39     Siyasi reaksiya     2240

İsrailin blokadası altında olan Qəzza Zolağında baş verən dərman və tibbi ləvazimat azlığından əziyyət çəkdiyinə görə bəzi səhiyyə xidmətləri dayandırılıb.  

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf el-kudra, Qəzza şəhərindəki Şəfa Xəstəxanasında mətbuata verdiyi açıqlamada dərman və tibbi ləvazimatda çətinlik yaşadıqlarını bildirib: “Qəzza səhiyyə sahəsindəki ən pis günlərini yaşayır. Səhiyyə sahəsindəki əsas xidmətlərin daha uzun müddət davam etməsi üçün bəzilərini məhdudlaşdırmaq məcburiyyətindəyik”.  

Yaşanan sıxıntılar səbəbiylə Beyt el-Makdis poliklinikasında doğum xidmətləri və Deyr el-Beleh ilə en-Nuseyrat bölgələrində digər bəzi xidmətlərin göstərilmədiyini bildirən Kudra Qəzza Zolağında xroniki xəstəliklərin müalicəsində istifadə edilən dərman kəsrinin 32%-ə çatdığını qeyd edib.

Həmin çətinliklərin səbəbi kimi bölgədəki blokadanı davam etdirən İsrail hökumətini məsul tutan Kudra Fələstin güzəşt hökumətindən isə Qəzza Zolağını dərman və tibbi sərf materiallarını təmin etməsini istədi.

Şərhlər

Çox oxunanlar