Quba İcra Hakimiyyətində əməliyyat keçirilib?
22.02.2021 14:27 Siyasi reaksiya 617

Ötən gün sosial şəbəkələrdə hüquq mühafizə orqanları tərəfindən Quba Rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi barədə məlumat yayılıb.
Reaksiya.az Qafqazinfo-ya istinadən xəbər verir ki, məsələylə bağlı icra hakimiyyətinin İctimai-siyasi humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov
bildirib ki, hazırda icra başçısı öz işinin başındadır: “Yayılan məlumatlar həqiqəti əks etdirmir”.
Qeyd edək ki, yayılan məlumatlarda icra başçısı Ziyəddin Əliyevin bir neçə şəxsə məxsus əmək haqlarını mənimsədiyi iddia edilirdi.
Şərhlər