İŞİD-də Britaniyanın adamları - GÖRÜNƏNİN PƏRDƏ ARXASI

16.08.2015 18:13     Siyasi reaksiya     2076

Kraliçanın mətbuat katibi "Onlar məlumat toplamaq üçün təşkilatın içindədir"

Kraliçanın mətbuat katibi  "Onlar məlumat toplamaq üçün təşkilatın içindədir" – desə də, agentlik etdiyi deyilən 120 əsgərin niyə eyni anda bir yerdə olduğunu isə heç kim açıqlaya bilməyib

İŞİD - in arxasındakı ingilislərin əli növbəti dəfə sübut edilib. ABŞ-ın İŞİD - ə qarşı icra etdiyi hava bombardmanı zamanı ingilislərin ən seçkin alayı kimi göstərilən SAS komandolarının da hücumda iştirak  etməsi, İngilislərin İŞİD –lə əlaqəsini növbəti dəfə inkar edilməyəcək şəkildə ortaya çıxarıb. İngilis mətbuatında “Express” qəzetinin verdiyi xəbərə görə, ötən günlərdə İŞİD hədəflərini bombalayan ABŞ təyyarələri İŞİD hədəflərinin arasından bir mesaj alıb.

Mesajda İngiltərənin ən təchizatlı hərbi birliyi olan SAS (Xüsusi Hava Batalyonu) üzvü olduğunu söyləyən əsgərlər onların olduqları bölgənin vurulmamasını istəyib. Əsgərlərin doğru məlumat verdiyi, həm ingilis, həm ABŞ ordusunda olan inkişaf etmiş proqrama sahib xüsusi UAV kamera sistemləri ilə təsbit edilərkən ABŞ təyyarələri deyildiyi kimi bu bölgəni vurmayıb. Ancaq bu hadisə mətbuatda ortaya çıxan kimi aləm qarışıb. 120 ingilis xüsusi təyinatlısının İŞİD – in cərgəsində hansı işlə məşğul olduğu hamının marağına səbəb olub. İngilis ordusundan verilən açıqlamalarda aşağıdakı məqamlar qeyd olunub: "Əsgərlərimiz İŞİD cərgələrində döyüşmürlər, İŞİD - ə qarşı döyüşürlər".

120 ingilis əsgərinin İŞİD paltarları içində olması isə Kraliçanın mətbuatını qıcıqlandırıb. “The Sun”, “Mirror” kimi media orqanları 120 əsgərin agent kimi İŞİD – in içində olduqlarını və əhəmiyyətli təhlükəsizlik məlumatlar yığdıqlarını önə sürüb. Ancaq 120 tam təchizatlı əsgərin hansı səbəbdən eyni nöqtədə və bir yerdə olduğu sualı da bu şərhin üstünə kölgə salıb. Ordudan və hökumətdən rəsmilərin təkzib iddialarının qarşısında Kraliça və David Cameron isə heç bir cavab verməyiblər.

Şərhlər

Çox oxunanlar