İlham Əliyev Pənahəli xanın dağıdılmış sarayında - Video

17.03.2021 00:31     Siyasi reaksiya     442

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərində olublar.

Reaksiya.az xəbər verir ki, səfər çərçivəsində onlar ermənilərin viran qoyduğu Pənahəli xan sarayına baş çəkiblər.

“Şuşanı salan Pənahəli xanın sayarını nə günə salıblar?! Mənfur düşmən gəlib, bizim torpağımızı zəbt edib, insanları qovub, tarixi abidələri dağıdıb, söküb, vandallıq, barbarlıq edib. Bütün beynəlxalq təşkilatlar gəlsinlər, görsünlər.

 

Erməniləri müdafiə edən, onları dəstəkləyən, onlara həmişə arxa-dayaq olan qüvvələr gəlsinlər, görsünlər, ermənilər burda nə edib. Azad edilmiş torpaqlar erməni vəhşiliyinin şahididir. Dünya tarixində belə, buna oxşar vəhşilik, bəlkə də, olmayıb”, - dövlət başçısı sarayın qalıqları olan ərazidə danışarkən qeyd edib.   

Reaksiya.az

Şərhlər

Çox oxunanlar