Əli Əsədov türkiyəli naziri qəbul etdi - FOTO

17.03.2021 18:05     Siyasi reaksiya     377

Baş nazir Əli Əsədov Türkiyə Cümhuriyyətinin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirlinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Reaksiya.az Unikal.org-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Türkiyə ilə Azərbaycan arasında bitkiçilik, heyvandarlıq, aqrar sığorta sahəsində təcrübə mübadiləsi, aqrar sahədə təhsil, suyun idarə olunması, ətraf mühitin qorunması və inkişafı, yaşıl enerji və işğaldan azad olunmuş ərazilərin bərpası məsələləri müzakirə olunub.

Reaksiya.az

Şərhlər