Səfirimiz Qaqauziya başqanı ilə görüşdü

17.03.2021 21:19     Siyasi reaksiya     476

Qaqauziya Muxtariyyətinin başqanı İrina Vlah Azərbaycan Respublikasının Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov Dursun oğlu ilə görüşüb.

Reaksiya.az xəbər verir ki, başqan Çadır-Lunqa şəhərində Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə inşa edilən Mədəniyyət-Təhsil Mərkəzindəki işin icra mərhələsi və istifadəyə verilməsi şərtləri barədə səfirə məlumat verib.

Mərkəzin açılışı 2021-ci ilin birinci yarısına planlaşdırılır. Qaqauziyanın rəhbəri Mədəniyyət-Təhsil Mərkəzinin Heydər Əliyevin adına adlandırılması təşəbbüsü ilə çıxış edib.

Həmçinin görüş zamanı başqan və Qüdsi Osmanov muxtariyyət rəhbərlərinin Azərbaycana gözlənilən səfərini və Qəbələ rayonu ilə əməkdaşlıq müqaviləsinin imzalanması planlarını da müzakirə ediblər.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar