Ceyhun Bayramov Çavuşoğlu ilə Qarabağı müzakirə etdi
19.05.2021 15:43 Siyasi reaksiya 827

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Reaksiya.az xəbər verir ki, nazirlər bölgədəki cari vəziyyəti, o cümlədən Azərbaycan-Ermənistan sərhədində baş verən gərginliklə bağlı məsələləri müzakirə ediblər.
Telefon danışığı zamanı tərəflər, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi, Fələstində baş verənlər ilə bağlı fikir mübadiləsi aparıblar.
Şərhlər