Ənvər Ağazadə: “İstənilən torror təşkilatı pislənilmədir” - EKSKLÜZİV

17.08.2015 13:27     Siyasi reaksiya     2177

Xəbər verildiyi kimi, AXCP sədri Əli Kərimlinin əmisi oğlu İnqilab Kərimov "facebook" statusunda İŞİD-ə açıq-aşkar dəstək verən və bu qaniçən terrorçu qruplaşmanı Azərbaycana gəlməyə səsləyən status yazıb: “İŞİD heç də hər adamın başını kəsmir. İŞİD 5 manata sifarişlə məhkəmə zalını dolduranların başını kəsir...İŞİD adını dindar qoyub, cindarlıqla məşğul olanların başını kəsir.... İŞİD adını müxalifət qoyub, nazirliklərə dal qapıdan girib-çıxanların başını kəsir...Və düşünürəm ki, düz də edir...Azərbaycana XOŞ gəlirsən, İŞİD...” 

Reaksiya.az xəbər verir ki, bu satatus heç də birmənalı qarşılanmır və ictimaiyyət tərəfindən çox kəsgin pislənir. Məsələ ilə baqlı Reaksiya.az sayıtına eksklüziv olaraq Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə öz fikirlərini bölüşüb: "İstənilən torror təşkilatı pislənilmədir. Millətindən, dinindən və irqindən asılı olmayaraq terror həyəta keçirən hər kəs lənətlənməlidir.Terroçuluğu pisləmək və qınamaq cəmiyyətin bütün təbəqələrinin vəzifəsi olmalı, xüsusilə siyasətlə məşğul olan şəxslər və təşkilatlar bu məsələdə digərlərinə də örnək olmalıdir. Əksər siyasi təşkilatların nizamnamələrinin fəaliyyət formaları ilə bağlı bölməsində zorakarlıq və terrorizm məqsədəcatma vasitəsi kimi rədd edilir. Yəqin AXCP-nin nizamnaməsin də belədir. Əgər bir siyasətçi terrorçulara haqq qazandırırsa, bu yol verilməzdir. Onun bəyanatına mənsub olduğu təşkilat münasibət bildirməlidir”.

Şərhlər

Çox oxunanlar