"Bir müddət sonra evinizə qayıdacaqsınız” - Ərdoğan çağırış etdi
16.06.2021 16:33 Siyasi reaksiya 503
“Qarabağ Zəfərindən kimsə narahat olmasın. Çünki bu Zəfər ədalətin, barışın, qəlbin Zəfəridir”.
Bunu Türkiyə Prezidenti Rəcəb tayyib Ərdoğan Azərbaycan Milli Məclisində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Qarabağın hər küncünə sükut və ümid hakim olub:
“İnşallah sonrakı gəlişimizdə evlərindən didərgin düşən insanların yerlərinə qayıdışının sevincini yaşayacağıq. Onlara mən də çağırış edirəm. Sizin evləriniz bərpa olunur. Bir müddət sonra evinizə qayıdacaqsınız”.
Şərhlər