Ceyhun Bayramov Türkiyəyə getdi

17.06.2021 15:05     Siyasi reaksiya     367

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyə Respublikasına yola düşüb.

Bu barədə Reaksiya.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Antalya Diplomatiya Forumunda çıxışı, habelə həm Türkiyə tərəfinin rəsmiləri, həm də Forumda iştirak edən xarici nümayəndələr ilə çoxsaylı ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Reaksiya.az

Şərhlər