Üç ölkənin XİN başçısı Azərbaycana gəlir

22.06.2021 10:44     Siyasi reaksiya     323

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borelin mandatı əsasında üç ölkənin xarici işlər nazirləri Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək.

Reaksiya.az xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Boqdan Auresku özünün Tvitter hesabında yazıb.

O, avstriyalı və litvalı həmkarları - Aleksandr Şallenberq və Qabrielius Landsbergislə 24-26 iyun tarixlərində regionda səfərdə olacaqlarını bildirib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar